Azərbaycan XİN: Erməni icması Rod-Aylend ştatının qətnaməsi ilə ABŞ hökumətini növbəti dəfə yanlış istiqamətə yönəldir

Azərbaycan XİN: Erməni icması Rod-Aylend ştatının qətnaməsi ilə ABŞ hökumətini növbəti dəfə yanlış istiqamətə yönəldir
# 18 may 2012 16:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Onun sözlərinə görə, erməni icmasının bu cür addımları əks-effekt verərək Azərbaycan dövlətini, onun beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirir: “Bizim icmamız bu məsələ ilə bağlı müvafiq addımlar atacaq”.

Xatırladaq ki, ABŞ-ın Rod-Aylend ştatının Nümayəndələr Palatası Dağlıq Qarabağdakı oyuncaq rejimlə bağlı qətnamə qəbul edərək, ABŞ prezidentini və Konqresi “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımağa çağırıb. Qətnamənin qəbulu prosesində “Dağlıq Qarabağ Respublikası”nın təmsilçiləri və yerli erməni icmasının nümayəndələri də iştirak ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR