İnternational Alert Cənubi Qafqazda münaqişələrin qarşı tərəflərdən işıqlandırılmasına həsr olunmuş illik tədqiqatı başa çatdırmaq üzrədir

İnternational Alert Cənubi Qafqazda münaqişələrin qarşı tərəflərdən işıqlandırılmasına həsr olunmuş illik tədqiqatı başa çatdırmaq üzrədir
# 09 fevral 2012 12:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İnternational Alert beynəlxalq sühməramlı təşkilatı Cənubi Qafqazda münaqişələrin qarşı tərəflərdən işıqlandırılmasına həsr olunmuş illik tədqiqatı başa çatdırmaq üzrədir. Təşkilatdan APA-ya verilən məlumata görə, tədqiqat obyekti olaraq Cənubi Qafqazın əsas kütləvi informasiya vasitələri, siyasi dərslikləri götürülüb. Layihədə iştirak edən Azərbaycan və Ermənistandan olan tədqiqatçılar müxtəlif KİV-ləri analiz ediblər. Tədqiqatlar demək olar ki, eyni nəticələri üzə çıxarıb. Bloq mühitinin analizi göstərir ki, gənc bloqqerlər əsasən qarşılıqlı təhqirlərdən istifadə edir və qarşı tərəfi alçaltmağa çalışırlar. Region jurnalistlərinin fəaliyyəti də analoji neqativ tendensiyaların təsiri altındadır.

Təşkilatın açıqlamasında bildirilir ki, International Alert öz gələcək layihələrində bu neqativ münasibəti dəyişməyə və tərəflər arasında pozitiv qarşılıqlı anlaşma yaratmağa çalışacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR