Azərbaycan XİN başçısı həmsədrlərlə Dağlıq Qarabağ danışıqlarında yaranmış durğunluğu müzakirə edib

Azərbaycan XİN başçısı həmsədrlərlə Dağlıq Qarabağ danışıqlarında yaranmış durğunluğu müzakirə edib
# 28 sentyabr 2012 08:08 (UTC +04:00)
Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində sentyabrın 27-də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin hələ də çıxarılmaması nəticəsində rəsmi İrəvanın birbaşa günahı ucbatından yaranmış durğunluq vəziyyəti müzakirə edilib.

E. Məmmədyarov Ermənistan tərəfinin “status-kvo”nun saxlanması üçün bütün hiylə və bəhanələrə əl atdığını bildirib.

Həmsədrlər öz ölkələrinin prezidentlərinin verdiyi bəyanatları bir daha təsdiq edərək, hazırkı “status-kvo”nun qəbul edilməz olduğunu vurğulayıblar.

E. Məmmədyarov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qaldığı müddətdə regionda sülhün, təhlükəsizliyin və sabitliyin təhdid altında olacağını həmsədrlərin bir daha diqqətinə çatdırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR