Rusiyada azərbaycanlı diaspor liderinə sui-qəsd edən ikinci şəxs də müəyyənləşib

Rusiyada azərbaycanlı diaspor liderinə sui-qəsd edən ikinci şəxs də müəyyənləşib
# 21 sentyabr 2012 12:24 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın Ulyanovsk şəhərində sui-qəsdə məruz qalmış Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinin rəhbəri İslam Hüsynova sui-qəsd edənlərdən daha birinin şəxsiyyəti müəyyən olunub. APA-nın Rusiya bürosunun məlumatına görə, İslam Hüseynova sui-qəsd edən ikinci şəxs Rasim Bağırov adlı Azərbaycan vətəndaşıdır. Onun Moskvada yaşadığı bildirilir.

Rasim Bağırov barəsində beynəlxalq axtarış elan olunub.

Qeyd edək ki, azərbaycanlı diaspor liderinə sui-qəsddə ittiham olunan başqa bir azərbaycanlı Nahid Zahidov barəsində də axtarış elan olunub.

Rusiya Dövlət Təhqiqat Komitəsinin Ulyanovsk regional şöbəsində açılan cinayət işi ilə əlaqədar araşdırma aparılır. Araşdırmalara əsasən məlum olub ki, İlham Hüseynova sui-qəsd edən şəxslərin idarə etdiyi avtomobil Moskvada qeydiyyatda olub. Təhqiqat Komitəsinin məlumatında İslam Hüseynova sui-qəsd edən Nahid Zahidov və Rasim Bağırovun onun tanışları olduğu bildirilib.

İslam Hüseynova qarşı sui-qəsd sentyabrın 11-də Ulyanovskda baş verib. Sui-qəsd nəticəsində soydaşımız yaralanıb, onun İqor adlı mühafizəçisi isə ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR