Elmar Məmmədyarov Fransa Senatının üzvlərini qəbul edib

Elmar Məmmədyarov  Fransa Senatının üzvlərini qəbul edib
# 01 oktyabr 2012 17:07 (UTC +04:00)
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin günü-gündən inkişaf etməsi məmnunluqla vurğulanıb. Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında həm enerji, həm də qeyri-enerji sahəsində əlaqələrin genişləndirilməsi üçün potensialın olduğunu diqqətə çatdırıb və iki ölkənin parlamentləri arasında təmasların artırılmasının ümumi münasibətlərə töhfə verəcəyini qeyd edib. Nazir Elmar Məmmədyarov prezident İlham Əliyevin Fransaya sonuncu səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Nazir həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi və münaqişənin həlli istiqamətində aparılan danışıqların vəziyyəti haqqında Fransa nümayəndə heyətinə məlumat verib. O, bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən iri enerji layihələrindən bəhs edib.

Fransa nümayəndə heyətinin üzvləri ölkələrimiz arasında əlaqələrin inkişafından məmnun olduqlarını bildirib və Azərbaycanda gedən hərtərəfli inkişafın onlarda xoş təəssürat yaratdığını söyləyiblər. Fransanın Azərbaycanla bütün sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və son zamanlar həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR