Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı boş qalan və imtina olunan yerlərin seçimi başa çatıb

Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı boş qalan və imtina olunan yerlərin seçimi başa çatıb
# 24 avqust 2012 15:19 (UTC +04:00)
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar avqustun 19-dan 24-dək “Şəxsi səhifə”lərinə daxil olmaqla, ən çoxu 4 yer seçə bilərlər.

Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilib. Seçim etmək imkanı avqustun 24-də saat 18.00-da başa çatıb və bundan sonra yerləşdirmə aparılacaq.

Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin “Şəxsi səhifə”lərinə göndəriləcək. İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR