Can Bonomonun klipində 80-ə yaxın aktyor çəkilib – FOTO

Can Bonomonun klipində 80-ə yaxın aktyor çəkilib – <font color=red>FOTO</font>
# 12 mart 2012 15:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Can Bonomonun "Love Me Back" mahnısının klip çəkilişləri başa çatıb. APA-nın “eurovision.az” saytına istinadən yaydığı xəbərə görə, bir dənizçinin dənizə heyranlığı və sevgilisinə olan məhəbbətindən bəhs edən bu mahnı Can Şabanın rejissorluğu ilə çəkilib.

Çəkiliş prosesi 3 məkanda aparılıb və 2 gün davam edib. Ümumilikdə heyət çəkiliş meydanında 30 saat işləyib. Klipdə 80-dən artıq aktyor çalışıb, 200 kostyumdan istifadə olunub.

Klip martın 15-də televiziyalarda və internetdə yayımlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR