Ələt-Astara yolunda 3 saatlıq avtomobil tıxacı yaranıb – FOTOSESSİYA

Ələt-Astara yolunda 3 saatlıq avtomobil tıxacı yaranıb – <font color=red>FOTOSESSİYA</font>
# 09 mart 2012 19:41 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı-APA. Ələt-Astara yolunda 3 saatlıq avtomobil tıxacı yaranıb.

Bu barədə APA-nın Mil-Muğan bürosunun xəbər verdiyinə görə, bu gün Ələt-Astara yolunun Salyan rayonu ərazisində minlərlə avtomobil bir neçə kilometr uzunluqda tıxacda qalıb. 5-6 kilometrlik məsafədə respublikanın cənub istiqamətində və əks istiqamətdə hərəkət edən yüzlərlə avtomobil tıxacda ilişib qalıb. Salyan DYP-nin əməkdaşının bildirdiyinə görə tıxacın yaranmasına səbəb bu gün Ələt-Astara yolunun Salyan rayon mərkəzindən keçən yolda aparılan əsaslı təmir işləri olub. Ona görə də bir neçə saatlıq yolda uzun tıxaclar yaranıb. Bu saatlarda tıxac hələ də davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR