Qana prezidenti vəfat edib
24 iyul 2012 19:41 (UTC +04:00)
Bakı-APA. Qana prezidenti Con Evans Atta Millz paytaxt Akkrada 69 yaşında vəfat edib.
«Ürək ağrısı ilə Qana Respublikasının prezidentinin qəfil vaxtsız ölümü barədə məlumat veririk», deyə prezident administrasiyasının məlumatında bildirilir.
Millzin xəstəliyi barədə onun vəfatından bir neçə saat əvvəl elan olunub. Xəstəliyin mahiyyəti barədə məlumat verilmir.
Millz 2009-cu ildə müxalifətçi Milli Demokratik Konvent partiyasının namizədi olaraq seçkilərdə 50,23% səs toplayaraq hakimiyyətə gəlmişdi. Hüquqşünas olan Millz 1997-2001-ci illərdə Qananın vitse-prezidenti olub.

Afrika
Braziliya və CAR Ukrayna üçün sülh sammitində iştirak etməyəcək
14:23
17 may 2024
Nigeriyada namaz zamanı məscid yandırılıb, azı 11 nəfər ölüb
00:17
17 may 2024
Fransa Yeni Kaledoniyada qoşun yerləşdirəcək
01:06
16 may 2024
Nigeriyada silahlı dəstələrin hücumu nəticəsində 30 nəfər ölüb
03:09
12 may 2024