Azər Vahabzadə uzun fasilədən sonra vəzifəsinin icrasına başlayıb

Azər Vahabzadə uzun fasilədən sonra vəzifəsinin icrasına başlayıb
# 16 mart 2012 15:14 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Abşeron rayonunun sabiq prokuroru Azər Vahabzadə səlahiyyət müddəti bitməsi ilə əlaqədar Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunaraq Qobustan rayon prokuroru vəzifəsinə təyin edilib. Lakin səhhətində yaranmış problemlə bağlı hazırkı vaxtadək işə çıxa bilməyib. Müvafiq müalicə kursu aldıqdan sonra o, bu gündən xidməti vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Azər Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. Bir neçə ay əvvəl o, Abşeron rayon prokuroru vəzifəsindən azad edilərək Qobustan rayon prokuroru təyin edilib. Bəzi mətbuat orqanları Azər Vahabzadənin baş prokurorun əmrinə tabe olmayaraq yeni vəzifəsinin icrasına başlamaqdan imtina etdiyi haqda məlumat yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR