“DəmirBank” yeni kampaniya keçirir

“DəmirBank” yeni kampaniya keçirir
# 01 mart 2012 11:38 (UTC +04:00)
Bakı - APA-Economics. “DəmirBank” 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə avtomobil kreditləri üzrə güzəştli kampaniyaya başlayır.

Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, xanımlar 1 mart - 30 aprel 2012-ci il tarixlərində “DəmirBank”ın istənilən filialından güzəştli şərtlərlə avtomobil krediti əldə edə biləcək.

Şərtlərə əsasən, yeni və son 5 ilin istehsalı olan istifadə edilmiş avtomobillər üçün 20% ilkin ödəniş edildikdə avtomobil krediti illik 18%, 50%-dən artıq ilkin ödəniş edildikdə isə illik 17% dərəcəsi ilə verilir.

Avtomobil krediti müştərilərə 20%-dən başlayaraq ilkin ödənişlə 36 ayadək müddətə təklif edilir. Kreditin məbləği 5-50 min manat təşkil edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR