Ötən ay Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 458 müraciət daxil olub

Ötən ay Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 458 müraciət daxil olub
# 07 iyun 2012 11:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu ilin may ayı ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 458 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 249-u (55-i əsaslı, 194-ü isə əsassız) şikayət, 109-u sorğu xarakterli, 80-i cari problemlərlə bağlı olub, 20-si isə aidiyyəti üzrə olmayıb.

Məlumatda bildirilir ki, “Qaynar xətt”ə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən qeydə alınır, araşdırılır və müvafiq tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR