Azərbaycan ərazisində hava sabitləşəcək

Azərbaycan ərazisində hava sabitləşəcək
# 11 sentyabr 2012 09:40 (UTC +04:00)
Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatına görə, havanın temperaturu gecə 16-19, gündüz 23-26 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 12-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Sentyabrın 12-də respublika ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, yağışın səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında kəsiləcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR