Facebook-da Barak Obamanı tənqid etmiş serjant ordu sıralarından qovulub

Facebook-da Barak Obamanı tənqid etmiş serjant ordu sıralarından qovulub
# 26 aprel 2012 00:49 (UTC +04:00)
Bakı-APA. Facebook sosial şəbəkəsində prezident Barak Obamanı tənqid etmiş serjant Harri Stayn ABŞ ordusunun sıralarından xaric ediləcək. Bu barədə dəniz piyadaları korpusu komandanlığı qərar qəbul edib.

Serjant Pentaqonun hərbçilərin bəyanatlarla çıxış etməsini qadağan edən qaydasını pozduğu üçün ordudan qovulur.

Stayn Facebook-dakı səhifəsində Obamanın əmrləri ilə razı olmadığı təqdirdə onları yerinə yetirməyəcəyini bildirib. Həmçinin o prezidentin şəkillərinin altında təhqiramiz ifadələr yazıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR