Çinin cənub-qərbində 40-dək şaxtaçı yerin altında qalıb

Çinin cənub-qərbində 40-dək şaxtaçı yerin altında qalıb
# 26 iyul 2012 18:46 (UTC +04:00)
Bakı-APA. Çinin cənub-qərbində Quyçjou əyalətində 40-dək insan kömür şaxtasında torpaq uçması nəticəsində yerin altında qalıblar.

Hadisə günorta saatlarında Puan mahalının «Anlilay» şaxtasında baş verib. Bir neçə nəfər yerin altından çıxaraq xilas ola biliblər.

Hadisə yerində xilasetmə işləri aparılır. Yerin altında qalan şaxtaçıların dəqiq sayı müəyyənləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR