Sumqayıtda ARDNŞ-ın yeni obyektlərinin açılışı olub

Sumqayıtda ARDNŞ-ın yeni obyektlərinin açılışı olub
# 17 sentyabr 2012 14:28 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Sumqayıtdakı Təlim-Tədris Mərkəzində ilk tədris ilinin başlanması, eləcə də neft sənayesi işçilərinin peşə bayramı «Neftçilər günü» münasibətilə keçirilən tədbirlər çərçivəsində «Azərkimya» İB-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin və Anbar Təsərrüfatının yeni binalarının, xidmət və məişət obyektlərinin istifadəyə verilməsi münasibətilə tədbirlər keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə qeyd edilib ki, bu il Sumqayıt Tədris Təlim Mərkəzində aparatçı, tornaçı, elektrik və qaz qaynaqçısı, nəzarət ölçü cihazları çilingəri və s. ixtisaslar üzrə 100 nəfər gənc təhsil alır. 10 aylıq tədris zamanı tələbələr bilavasitə «Azərkimya»nın istehsalat sahələrində təlim keçəcək, xüsusi tələbə geyimləri və pulsuz yeməklə təmin olunacaqlar, onlara aylıq təqaüd də veriləcək. Sonrakı illərdə tələbələrin sayının artırılması nəzərdə tutulur.

Mərkəzdən bildirilib ki, burada yaşı 29-a qədər olan, heç bir ali, peşə və orta ixtisas təhsili olmayan (yəni ali məktəb, texnikum və peşə məktəbi qurtarmamış) 11 il təhsilli gənclər təhsil ala bilərlər. Mərkəzə qəbul testlədir. Elə ilk ildə bura tələbat gözləniləndən artıq olub –müraciət edən 300 nəfər arasından 100 nəfəri seçmək lazım gəlib.

Tədbirdə bildirilib ki, son dövrlərdə Nəqliyyat və Xüsusi Texnika İdarəsi üçün 70-ə yaxın yeni, ümumilikdə isə 150-ə qədər maşın və xüsusi texnika alınıb. Burada örtülü qaraj kompleksi, xüsusi bokslar və təmir emalatxanası inşa edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR