AVRONEST Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasının proqramı bəlli olub

AVRONEST Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasının proqramı bəlli olub
# 12 mart 2012 11:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. AVRONEST Parlament Assambleyasının aprelin 3-4-də Bakıda keçiriləcək 2-ci plenar sessiyasının proqramı bəlli olub. APA-nın AVRONEST PA-nın saytına istinadən verdiyi məlumata görə, sessiyadan bir gün əvvəl - aprelin 2-də Bakıda AVRONEST PA-nın komitələrinin iclası keçiriləcək.

Aprelin 3-də Milli Məclisdə plenar sessiyanın açılış olacaq. Üzv ölkələrin parlamentarları əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Aprelin 4-də AVRONEST PA-nın prezidentləri Kristian Vigenin və Boris Tarasyuk birgə mətbuat konfransı keçirəcəklər.

Xatırladaq ki, AVRONEST PA-da Avropa Parlamentindən 60, hər üzv ölkədən isə 10 parlamentar – ümumilikdə 110 nəfər təmsil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR