Avropa Birliyi Gürcüstana 670 milyon avro ayıracaq

Avropa Birliyi Gürcüstana 670 milyon avro ayıracaq
# 16 oktyabr 2012 10:31 (UTC +04:00)
Bakı – APA. Avropa Birliyi Gürcüstana 670 milyon avro məbləğində maliyyə yardımı ayırmaq qərarına gəlib. APA-nın Gürcüstan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Filipp Dimitrov deyib. O bildirib ki, ayrılan vəsaitin bir qismi dövlət büdcəsinə, digər hissəsi isə ölkədə yeni layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Səfir 2014-2020-ci illər üzrə AB-Gürcüstan əməkdaşlığına dair konkret əməkdaşlıq planı hazırlandığını bəyan edib. O, ümid etdiyini bildirib ki, “Gürcü Arzusu”nun formalaşdırdığı yeni hökumət avrointeqrasiya yolunu davam etdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR