Bakıda Türkiyənin Tokat vilayətinin iş adamları və azərbaycanlı sahibkarlar arasında görüş keçirilib

Bakıda Türkiyənin Tokat vilayətinin iş adamları və azərbaycanlı sahibkarlar arasında görüş keçirilib
# 13 iyun 2012 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Türkiyənin Tokat vilayətinin rəhbərləri və iş adamları ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) əməkdaşları və yerli iş adamları arasında görüş olub.

«APA-Economics»in məlumatına görə, tədbirdə ASK sədri Məmməd Musayev bildirib ki bir müddət öncə Qarsda Azərbaycan-Türkiyə iş adamlarının görüşü olub. Bu gün keçirilən tədbir məhz həmin görüşün silsilə davamıdır.

M.Musayev bildirib ki, bugünkü tədbirə Türkiyənin Tokat vilayətindən müxtəlif sahələri əhatə edən 30-dan çox iş adamı qatılıb: “Biz daha çox qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, emal və qida sənayesi sahələri ilə maraqlanırıq. Azərbaycandan bu tədbirə təxminən 30-a yaxın yerli iş adamı qatılıb. Ümumi görüşdən sonra sahibkarlar arasında iki tərəfli görüşlər keçiriləcək”.

Qonaqlardan Zeyid Aslan və Dilek Yüksel çıxış edərək, bu cür işgüzar əlaqələrin gələcəkdə də davam edəcəyinə ümidvar olduqlarını bildiriliblər.

Qeyd edək ki, Tokat şəhər bələdiyyəsinin başçısı Şerif Yılmazın başçılığı ilə Tokat Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Ahmet Arat, Tokat millət vəkilləri Zeyid Aslan, Dilek Yüksel, palatanın üzvləri və bir qrup türk iş adamı iyunun 15-dək Bakıda səfərdə olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR