“Celavat” qasırğası Yaponiyanın cənubunda 17 mindən artıq evi elektriksiz qoyub

“Celavat” qasırğası Yaponiyanın cənubunda 17 mindən artıq evi elektriksiz qoyub
# 28 sentyabr 2012 19:11 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın cənubunu vurmuş “Celavat” qasırğası Okinava prefekturasında 17 mindən artıq ev və müəssisəni elektriksiz qoyub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, «Celavat»
qasırğası bu mövsüm Sakit okeanın şimal-şərqində 17-ci qasırğadır. O saatda 20 km surətlə Yaponiyanın şimal-şərq hissəsinə tərəf hərəkət edir. Küləyin surəti vaxtaşırı saniyədə 65 m çatır. Gözlənilir ki, qasırğa Okinava adasına əsas zərbəsini sentyabrın 29-da vuracaq. Naxa şəhərindəki hava limanında yaxın 24 saatın uçuşları təxirə salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR