«PAŞA Həyat Sığorta» şirkətinin daxilolmaları son bir ildə 50% artıb

«PAŞA Həyat Sığorta» şirkətinin daxilolmaları son bir ildə 50% artıb
# 27 sentyabr 2012 11:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat Sığorta» şirkətinin 2012-ci ilin yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 10,279 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 50% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmi 93% artaraq 167,166 min manata çatıb. Bu dövrdə «Yığım sığortası» üzrə 1,379 mln. manat, «Həyatın ölüm halından sığortası» üzrə 421,025 min manat, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta» növü üzrə yığımların həcmi 8,202 mln. manat olub.

Hesabat dövründə «Həyatın ölüm halından sığortası» üzrə 84,918 min manat, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta» növü üzrə isə 82,248 min manat həcmində sığorta ödənişi edilib.

Təhlil aparılan dövr ərzində şirkətin banklarda yerləşdirdiyi vəsaitlərin həcmi 58% artaraq 19,608 mln. manat təşkil edib.

Qeyd edək ki, «PAŞA Həyat Sığorta» şirkəti 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin sentyabrın 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR