Milli Məclisin üzvü AŞPA-nın komitə iclasına qatılacaq

Milli Məclisin üzvü AŞPA-nın komitə iclasına qatılacaq
# 27 mart 2012 12:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) deputatı Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün Belçikanın Brüssel şəhərində səfərdə olacaq. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər martın 28-dən 31-dək davam edəcək.

Toplantıda Avropadakı münaqişələrdə itkin düşmüş şəxslərin tapılması, miqrantların yerləşdikləri ərazilərdə durumu, onların seçki prosesində yeri, Gürcüstanla Rusiya arasındakı münaqişədən sonra bölgədə yaranmış humanitar vəziyyət və digər məsələlər müzakirə olunacaq, alt komitələrin tərkibi müəyyənləşdiriləcək.

Tədbir iştirakçılarının miqrantların saxlandığı mərkəzlə tanışlıq məqsədilə Stinokkerzil şəhərinə səfəri nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR