Qazaxda yük maşını ilə mikroavtobus toqquşub
26 oktyabr 2012 08:27 (UTC +04:00)
Bakı-APA. Qazax şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Heydər Əliyev prospektində "Skaniya" markalı yük avtomobili ilə "Mercedes-Vita" markalı mikroavtobusun toqquşub. Nəticədə mikroavtobusda olan iki sərnişin yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil veriliblər.
Beyləqan rayonunun 1-ci Şahsevən kəndində isə "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü və avtomobildə olan sərnişin yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.