“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı növbəti dinləmələr keçirilib

“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı növbəti dinləmələr keçirilib
# 25 aprel 2012 14:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisinin Sosial siyasət Komitəsinin iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı işçi qaydasında növbəti dinləmələr keçirilib. APA-nın məlumatına görə, qanuna ərzaq məhsullarının, o cümlədən un və un məmulatlarının, şəkərin, duzun və südün dəmirlə zənginləşdirilməsi ilə bağlı maddə salınmasının vacibliyi vurğulanıb.

İclasda qeyd olunub ki, UNİCEF-in də gündəmində duran bu məsələ Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana, eləcə də inkişaf etməkdə olan dövlətlərin bir çoxuna tövsiyələrindən biridir.

Müzakirələrdə UNİCEF-in də nümayəndələri iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR