Həftə sonu Bakı çimərliklərində 3 nəfər suda boğulma təhlükəsi ilə üzləşib

Həftə sonu Bakı çimərliklərində 3 nəfər suda boğulma təhlükəsi ilə üzləşib
# 30 iyul 2012 08:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Son iki gün ərzində Bakı çimərliklərində 3 nəfər suda boğulmadan xilas edilib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya bildirib ki, onlardan biri 13 yaşlı oğlan olub. Fatmayı çimərliyində suda boğulma təhlükəsi ilə üzləşən Sadiq Adığözəlov xəstəxanaya yerləşdirilib. Novxanı çimərliyində xilas edilən 5 yaşlı uşaq və Fatmayı çimərliyində xilas edilən 35 yaşlı kişiyə isə yerində tibbi yardım göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR