AGBI indeksi 0,9805, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9805, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 13 avqust 2012 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0196 bənd və ya 2% azalaraq avqust ayının 13-nə 0,9805 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi
dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması bazar kapitallaşmasının azalması nəticəsində baş verib. Belə ki, avqustun 10-da 3 mln. manat həcmində olan bir dövlət istiqraz buraxılışı dövriyyədən çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR