«Elmlər Akademiyası» metro stansiyasında eskalator xarab olub

«Elmlər Akademiyası» metro stansiyasında eskalator xarab olub
# 24 fevral 2012 07:03 (UTC +04:00)
Stansiyadakı şahidlərin APA-ya verdiyi məlumata görə, sərnişinləri yuxarı daşıyın eskalatorun qəflətən dayanması nəticəsində stansiyaya qatarla gələn sərnişinilərin platformadan yuxarı qalxması çətinləşib. Həmin vaxt qatarların hərəkəti davam etdiyindən stansiyada sərnişin sıxlığı yaranıb.

Metropolitenin rəisi Tağı Əhmədov stansiyadakı eskalatorlardan birinin işində problem yarandığını təsdiqləyib. Onun APA-ya verdiyi məlumata görə, eskalatorlardan biri işini dayandırmalı olub: «Bundan sonra hələlik 2 eskalator işləyəcək». Amma T.Əhmədov bu hadisənin stansiyanın işinə, qatarların və sərnişinlərin hərəkətinə mane olmadığını bildirib: «Qatarların hərəkətində heç bir problem yoxdur».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR