İki azyaşlı uşağını boğaraq qətlə yetirən Lerik rayon sakininin məhkəməsində şahidlər ifadə verib - FOTO

İki azyaşlı uşağını boğaraq qətlə yetirən Lerik rayon sakininin məhkəməsində şahidlər ifadə verib - <font color=red>FOTO</font>
# 21 fevral 2012 14:34 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirli bilinən Lerik rayon sakini Əmrah Xıdır oğlu Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçən proses əsasən, şahid ifadələri ilə davam etdirilib. İş üzrə növbəti məhkəmə prosesi isə martın 6-na təyin olunub.
Qeyd edək ki, Lerikin Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Ə.Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR