Əli Əkbər Salehi: “İran müstəqilliyini və milli maraqlarını müdafiə etmək üçün hər bir vasitədən istifadə edəcək”

Əli Əkbər Salehi: “İran müstəqilliyini və milli maraqlarını müdafiə etmək üçün hər bir vasitədən istifadə edəcək”
# 30 iyul 2012 22:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Həm Tehran, həm də qarşı tərəf İranla “altılıq” ölkələri arasında keçirilən müzakirələrin məğlubiyyətə uğramasını istəmir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, İranla “altılıq” ölkələri arasında yeni müzakirələr mərhələsi bu ilin aprel ayında Türkiyənin İstanbul şəhərində uğurla başlayıb: “Əsas məsələ odur ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili arasında qarşılıqlı əlaqələr var. Növbəti müzakirələrin keçirilmə tarixi və məkanı ilə bağlı onlar qərar verəcəklər”. Ə.Ə.Salehi əlavə edib ki, İran son 33 ildə Qərbin təzyiqlərinə məruz qalır: “Ölkəmizə qarşı sanksiyalar azalmaqdansa, gündən-günə şiddətlənir və çoxalır. İran bölgənin təhlükəsizliyi üçün çox mühüm ölkədir. Tehran məcbur qaldığı halda müstəqilliyini və milli maraqlarını müdafiə etmək üçün hər bir vasitədən istifadə edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR