Azərbaycanda ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssislərinə qəbul olanların qeydiyyatına başlanılıb

Azərbaycanda ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssislərinə qəbul olanların qeydiyyatına başlanılıb
# 05 sentyabr 2012 10:10 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinə daxil olanların qeydiyyatı sentyabrın 14-də başa çatacaq. Həmin müddətədək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Qeyd edək ki, 2012-2013-cü tədris ili ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə 10215 nəfər qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR