Məleykə Abbaszadə: “Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında dərsliklərlə bağlı problem həll olunub”

Məleykə Abbaszadə: “Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında dərsliklərlə bağlı problem həll olunub”
# 16 mart 2012 09:27 (UTC +04:00)
Belə ki, TQDK-nın dərsliklərdəki səhvlərlə bağlı səsləndirdiyi iraddan sonra Təhsil Nazirliyi bu il çap ediləcək “Tarix” dərsliklərindəki nöqsanları aradan qaldıracaq.

APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bununla bağlı martın 13-də Təhsil Nazirliyi və TQDK-nın ekspertlərinin birgə iştirakı ilə birgə müzakirələr aparılıb. Müzakirələr nəticəsində “Tarix” dərsliyindəki səhvlərin aradan qaldırılması qərara alınıb: “Biz buna çox şadıq. Bizim əsas işimiz odur ki, təhsil sistemində birgə uğur əldə etmək üçün bir-birimizin tədqiqatlarının nəticələrindən faydalanaq”.

TQDK sədri bildirib ki, bu gün Təhsil Nazirliyi ilə “Biologiya” dərsliyindəki səhvlərlə bağlı müzakirələr aparılır. O bu müzakirələrin nəticələrinin də uğurlu olacağına ümid etdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR