Dünya Bankının Azərbaycana investisiyaları azalıb

Dünya Bankının Azərbaycana investisiyaları azalıb
# 04 aprel 2012 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 17 466,6 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji aylarına nisbətən 43,6% azalıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 4,4% təşkil edib.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank 43 layihənin icrasına Azərbaycana 2 969,0 mln. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR