Rusiya XİN: ABŞ və İrandakı seçkilər nüvə müzakirələrini təxirə salmamalıdır

Rusiya XİN: ABŞ və İrandakı seçkilər nüvə müzakirələrini təxirə salmamalıdır
# 01 oktyabr 2012 06:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri bir an əvvəl başlamalıdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, tərəflər arasında nüvə müzakirələri təxirə salınmamalıdır. S. Ryabkov qərbi Rusiyanın tövsiyələrinə əməl etmədiyi üçün tənqid edərək, ABŞ və İrandakı seçkilərin prosesi ləgitməməli olduğunu vurğulayıb.

Rusiya rəsmisi İranla “altılıq” ölkələri arasında yeni müzakirələrin Moskvada keçirilməsini təklif edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR