Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib
# 28 sentyabr 2012 08:11 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kintero Bakıya gəlib. Bu barədə APA-ya Kubanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Diplomat etimadnaməsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim etdikdən sonra rəsmən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Omar Senon Medina Kintero bundan əvvəl Kubanın Belarusdakı səfiri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR