Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib
# 18 fevral 2012 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjasının (BFB) iştirakı ilə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, yığıncaqda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının nümayəndəsi də iştirak edib.

Yığıncaqda QKDK-nın Aparat rəhbəri Bəxtiyar Əzizov, Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının üzvləri 2011-ci il ərzində Həmkarlar İttifaqı üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi və sosial-iqtisadi maraqlarının təmin edilməsi istiqamətində görülmüş tədbirlər haqqında ətraflı məlumat veriblər.

Daha sonra yığıncağın gündəliyinə əsasən açıq səs vermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının yeni üzvləri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR