İmişli rayon prokuroru bir qrup şəxsin Rayon Prokurorluğu qarşısında aksiya keçirməsi barədə məlumatlara aydınlıq gətirib

İmişli rayon prokuroru bir qrup şəxsin Rayon Prokurorluğu qarşısında aksiya keçirməsi barədə məlumatlara aydınlıq gətirib
# 19 noyabr 2014 11:43 (UTC +04:00)

P. Abbasov APA-ya açıqlamasında qeyd edib ki, bəzi Kütləvi İnformasiya Vasitələrində guya İmişli Rayon Prokurorluğunun qarşısında etiraz aksiya keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Rayonun Sarxanlı kənd sakini Əliyev Zahir Cəlal oğlunun intihar etməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilib və zəruri istintaq hərəkətləri yerinə yetirilib. Mərhumun anası və onun qohumlarından ibarət 15-ə yaxın rayon sakini prokurorluğa gələrək mənimlə görüşmək istədiklərini xahiş ediblər. Mən də onları müraciətləri əsasında qəbul etmişəm. Müraciətdə göstərilən xüsussatların istintaq yolu ilə tam, hərtərəfli və obyektiv araşdırma aparılacağını onların diqqətinə çatdırmışam”.

Qeyd edək ki, bu gün bəzi KİV-də bir müddət əvvəl intihar etdiyi bildirilən İmişli rayonu Sarxanlı kənd sakini Əliyev Zahir Cəlal oğlunun qohumlarının İmişli Rayon Prokurorluğunun qarşısında etiraz aksiyası keçirməsi barədə məlumat yayılıb.

Məlumatlarda qeyd olunur ki, Zahir Əliyevin qohumları istintaqın gedişindən narazı qaldıqları üçün bu addımı atıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR