I Avropa Oyunlarının açılış gününün hava proqnozu açıqlanıb

I Avropa Oyunlarının açılış gününün hava proqnozu açıqlanıb
# 10 iyun 2015 09:54 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, temperatur rejimində ciddi dəyişiklik gözlənilmir.

Temperatur gündüz saatlarında 27-32 dərəcə isti olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Gündüz arabir güclənəcək.

Azərbaycanın bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur Aran rayonlarında gündüz saatlarında 30-35 dərəcə, dağlıq rayonlarında isə 21-26 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR