Tramp gələn həftə FED-in yeni rəhbərini təyin edəcək

Tramp gələn həftə FED-in yeni rəhbərini təyin edəcək
# 27 oktyabr 2017 23:08 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp gələn həftə Federal Ehtiyatlar Sisteminin (FED) yeni rəhbərini təyin edəcək.

APA-nın xəbərinə görə, bunu Ağ evin mətbuat katibi Sara Sanders bəyan edib.

“Təsdiq edə bilərəm ki, prezident gələn həftə Federal Ehtiyatlar Sisteminə yeni rəhbər təyin edəcək”, deyə S.Sanders qeyd edib.

Ötən həftə Tramp qurum rəhbərliyinə 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini bildirib.

Reuters agentliyinin məlumatına görə, bunlar FED-in hazırkı başçısı Canet Yellen, ABŞ Milli İqtisadiyyat Şurasının direktoru Qeri Kon, FED-in İdarəetmə Şurasının üzvü Cerom Pauel, FED-in sabiq İdarəetmə Şurasının üzvü Kevin Uorş və Stenford Universitetinin əməkdaşı, iqtisadçı Con Teylordur.

Qeyd edək ki, prezident tərəfindən təyin edilən şəxsin namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR