İnsan orqanlarının “qara bazarı” il ərzində 600 milyon dollar təşkil edir

İnsan orqanlarının “qara bazarı” il ərzində 600 milyon dollar təşkil edir
# 06 mart 2019 07:43 (UTC +04:00)

İnsan orqanlarının il ərzində qeyri-qanuni dövriyyəsi 600 milyon dollar həcmində qiymətləndirilir.

ONA-nın məlumatına görə, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq Mübarizə İdarəsinin hesabatında bildirilir.

Hesabatda dərc olunmuş məlumat Qvatemalada keçirilən insan alveri, orqan və toxumaların ticarətinə dair birinci regional konqresdə səsləndirilib.

Tədbiri işıqlandıran “Prensa Latina” nəşri yazır ki, coğrafi və iqtisadi mövqeyinə görə Qvatemala insan alveri ilə məşğul olan beynəlxalq cinayətkar şəbəkələr üçün cəlbedici ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR