Nəcməddin Sadıkov Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib - FOTOSESSİYA

Nəcməddin Sadıkov Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib - <span style="color: red;">FOTOSESSİYA
# 07 may 2014 08:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriçi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, general D.Lovriçin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

General D.Lovriçin sonra Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq "Şərəf Kitabı"nı imzalayıb.

Sonra Azərbaycan və Xorvatiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. General-polkovnik N.Sadıkov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi, səbəbləri, müharibə nəticəsində ərazilərimizin işğal olunması faktını, doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə əminliyini vurğulayıb.

İki ölkə arasında hərbi, hərbi-texniki əməkdaşlıq və regional təhlükəsizlik məsələləri, o cümlədən Qaraheybət Təlim Mərkəzində mayın 5-dən başlamış Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə keçirilən səhra təlimi də müzakirə edilib.

Görüşdə Xorvatiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Neda Nilişiç də iştirak edib.

Xorvatiya Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi general D.Lovriçin Azərbaycana səfəri davam edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR