Bank Of Baku

Naxçıvanda «Hüseyn Cavid ensiklopediyası» çap olunacaq

Naxçıvanda «Hüseyn Cavid ensiklopediyası» çap olunacaq
# 20 avqust 2008 13:15 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvanda «Hüseyn Cavid ensiklopediyası» çap olunacaq. AMEA Naxçıvan Bölməsindən APA-ya verilən məlumata görə, artıq ensiklopediya üçün nəzərdə tutulan məqalə başlıqlarının xeyli hissəsi hazırlanılıb. Materialların toplanılması oktyabrda başa çatdırılacaq. Yeni nəşrin bu ilin sonuna qədər çap edilməsi nəzərdə tutulur.
Ensiklopediyada 700-dən artıq sözlükdən istifadə ediləcək. Yeni nəşrdə Hüseyn Cavidin həyat və yaradıcılığı, əsərləri, tamaşaya qoyulan əsərləri, ailə üzvləri, müasirləri, dramaturq haqqında yazılan monoqrafiyalar və onların müəllifləri ilə bağlı məlumatlar yer alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR