Bank Of Baku

Tədqiqatçı Elçin Eyyubovun erməni terrorizmi mövzusunda “45 gün cəhənnəmdə” adlı kitabı nəşr olunub

Tədqiqatçı Elçin Eyyubovun erməni terrorizmi mövzusunda “45 gün cəhənnəmdə” adlı kitabı nəşr olunub
# 10 sentyabr 2008 09:44 (UTC +04:00)
Bakı-APA. Tədqiqatçı Elçin Eyyubovun erməni terrorizmi mövzusuna dair araşdırmalarını əhatə edən “45 gün cəhənnəmdə” (“Sorok pyat dney preispodni”) adlı kitabı rus dilində nəşr olunub. APA-nın məlumatına görə, kitabda Ermənistanın terrorizmi dəstəkləyən dövlət kimi mahiyyəti üzə çıxarılır, Ermənistan və Dağlıq Qarabağda fəaliyyət göstərən separatçı rejimin rəhbərliyinin cinayətkar siması açıqlanır. Əsərdə ermənilərin yaratdığı əsir düşərgələri, azərbaycanlı hərbi əsirlərin taleyi, Ermənistan siyasi elitasının himayəsi altında Dağlıq Qarabağ ərazisindən həyata keçirilən narkotik maddələr qaçaqmalçılığı, insan orqanları ticarəti kimi cinayətlərə dair çoxsaylı faktlar öz əksini tapıb. Kitabda həmçinin Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının Ermənistan xüsusi xidmət orqanlarına və erməni terror təşkilatlarına qarşı fədakar mübarizəsinə də geniş yer verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR