Bank Of Baku

“Göy qurşağı” uşaq jurnalının yubiley sayı işıq üzü görüb

“Göy qurşağı” uşaq jurnalının yubiley sayı işıq üzü görüb
# 16 sentyabr 2008 08:32 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasının nəşr etdiyi “Göy qurşağı” uşaq jurnalının bu gün yubiley sayı işıq üzü görüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bilik günü münasibətilə uşaqlara hədiyyə olan jurnalın yubiley sayında (№5(15)) “Mənim rəng dünyam” rəsm müsabiqəsinin qalibləri, kitabxananın elektron nəşrləri haqqında məlumatlar yer alıb. Oxuculara həmçinin 125 illiyi qeyd edilən SSRİ xalq artisti Mirzəağa Əliyev, dünyada ilk dəfə olaraq dənizdə yaradılmış “Neft daşları” möcüzəli şəhəri, müasir dünyada ən çox istifadə olunan kompüter haqqında materiallar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR