Bank Of Baku

Əli Kərimin Təbrizdə “Qaytar ana borcunu” adlı kitabı çap olunub

Əli Kərimin Təbrizdə “Qaytar ana borcunu” adlı kitabı çap olunub
# 16 sentyabr 2008 08:46 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Təbrizin “Əxtər” nəşriyyatında Azərbaycan şairi Əli Kərimin “Qaytar ana borcunu” adlı şeir kitabı çap olunub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. Kitabdakı şeirləri ərəb əlifbasına çevirən Şəhram Gülkar, cildin rəssamı Rəhim Kuhidir. Kitaba yazılmış “ Şair Əli Kərim” adlı qısa ön sözdə şairin həyat və yaradıcılığı haqqında məlumat verilib, onun yenilikçi-novator sənətkar olmasından bəhs edilib. 204 səhifəlik topluya Əli Kərimin “Seçilmiş əsərləri”nin Bakı nəşrindəki şeirlərinin hamısı daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR