Bank Of Baku

Akademik Məmməd Arifin şəxsi fondu arxivə təhvil verilib

Akademik Məmməd Arifin şəxsi fondu arxivə təhvil verilib
# 16 sentyabr 2008 14:01 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı -APA. Ədəbiyyatşünas alim, akademik, tərcüməçi Məmməd Arif Dadaşzadənin 500 kiloqramdan çox şəxsi arxiv sənədləri Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub. Qurumun direktoru Maarif Teymurovun APA-ya verdiyi məlumata görə, sənədləri alimin nəvələri Zümrüd və Aqşin Dadaşzadələr təhvil verib. Materiallar arasında Məmməd Arifin tərcümeyi-halı, elmi məqalələri, tərcümələrinin tam mətni, Maksim Qorkinin faşizm əleyhinə çıxışı, Anton Çexov, Vladimir Mayakovski və başqalarının yaradıcılığı ilə bağlı tədqiqləri, fotoşəkilləri yer alıb. Alimin şəxsi fondunda mühüm yer tutan müasirlərinə göndərdiyi 1000-ə qədər məktub da arxivə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR