Bank Of Baku

Yazıçı-dramaturq Rəhman Əlizadənin “Komediyalar” kitabının təqdimat mərasimi keçirilib

Yazıçı-dramaturq Rəhman Əlizadənin “Komediyalar” kitabının təqdimat mərasimi keçirilib
# 26 sentyabr 2008 15:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Teatr Xadimləri İttifaqında əməkdar incəsənət xadimi, prezident mükafatçısı, yazıçı-dramaturq Rəhman Əlizadənin “Komediyalar” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir uşaq və kütləvi kitabxanaların müasir Azərbaycan yazıçılarının kitabları ilə təmin edilməsi və bu ədəbiyyatın geniş təbliğ olunması məqsədi daşıyır. R. Əlizadə 30-dan artıq komediyasından 7-nin kitaba daxil edildiyini bildirib: “Birinci cild kimi nəşr olunan kitabın gələcəkdə daha bir neçə hissəsinin hazırlanması nəzərdə tutulur. Mən həm də Dövlət Gənclər Teatrının baş rejissoruyam və hazırda bir neçə tamaşalar üzərində işləyirəm. Tamaşa hazırlamaq çətin olmasa da, yaşımla əlaqədar kitab yazmaq bir az çətindir. Yazanda da gərək yaşına görə yazasan”. Kitaba R. Əlizadənin “Lalə düzən”, “Kəndimizin narları”, “Dadaşbala əməliyyatı”, “Doğmalar”, “Günah”, “Dünyanın axırı” və “Əbləhlərin toyu” komediyaları daxil edilib. Təqdimat mərasiminin sonunda yazıçının müəllifi və rejissoru olduğu “Dünyanın Axırı” tamaşası təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR