Bank Of Baku

Azərbaycanın bir qrup gənc şair və yazıcısı İranda azərbaycanlı yazarların həbsi ilə bağlı dünya ədəbi ictimaiyyətinə müraciət edib

Azərbaycanın bir qrup gənc şair və yazıcısı İranda azərbaycanlı yazarların həbsi ilə bağlı dünya ədəbi ictimaiyyətinə müraciət edib
# 27 sentyabr 2008 10:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycanın bir qrup gənc şair və yazıçısı İranda həbs olunan azərbaycanlı yazarların sərbəst buraxılması tələbi ilə dünya ədəbi ictimaiyyətinə müraciət ünvanlayıblar. APA-nın məlumatına görə, müraciətdə sentyabrın 10-da Tehranda 20-yə yaxın azərbaycanlı şair, yazıçı və jurnalistin İran xüsusi xidmət orqanları tərəfindən həbs edilməsi faktına diqqət yönəldilib. Müraciətdə qeyd olunub ki, İran əhalisinin 30 milyonunu Azərbaycan türkü təşkil etməsinə baxmayaraq, onların öz ana dilində təhsil almaq imkanı yoxdur: “İran dövləti azərbaycanlıların bu hüququnu tanımamaqla yanaşı, ana dilində təhsil almaq istəyən və digər milli hüquqlarını tələb azərbaycanlı ziyalılar həbs olunur”. Müraciətdə dünya ədəbi ictimaiyyətindən bu məsələyə diqqət yetirmələri və İrandakı azərbaycanlılara dəstək vermələri istənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR