Nigar Topçubaşova: “Faiq Ağayev mənə ər vəzifəsini yerinə yetirmək qabiliyyətində olmadığını söylədi”
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xalq artisti Faiq Ağayevin keçmiş həyat yoldaşı Nigar Topçubaşova bu gün keçirdiyi mətbuat konfransında deyib. Mətbuat konfransında Nigarın anası Dilbər Topçubaşova və qardaşı Rüfət İsmayılov da iştirak edib. R. İsmayılov bir müddət əvvəl mətbuata açıqlamasında Faiq Ağayevin qeyri-normal həyat tərzini əks etdirən video-material nümayiş etdirəcəyinə söz versə də, bu istəyini həyata keçirə bilməyib. Onun sözlərinə görə, mətbuat nümayəndələrinin durmadan tələb etdiyi bu video-görüntülərin nümayişinə mətbuat konfransının keçirildiyi zalın rəhbərliyi icazə verməyib. R. İsmayılov anası ilə atası Əli İsmayılovun hələ də evli olduğunu bildirib və bunu təsdiq edən sənədi nümayiş etdirib: “Bu mənim atamın və anamın evli olduğunu təsdiq edən sənəddir. Faiq Ağayevin bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamasında Əli İsmayılovu toydan sonra cəmi bir dəfə görməsi məsələsinə gəlincə, bunun yalan olduğunu təsdiqləyən şəkillər buradadır. Gördüyünüz kimi, Faiqin və atamın da təsviri olduğu şəkillər müxtəlif vaxtlarda və müxtəlif yerlərdə çəkilib”.
Mətbuat konfransında iştirak edən Faiq Ağayevin xalası qızı Gülnarə Bəylərbəyova isə Nigara bir sıra məqamları xatırladıb: “Mən səni Faiqin evinə gəlin gətirmişəm. Xonçanı da mən götürmüşəm. İndi sən Nigarın Faiqlə ailə qurmazdan əvvəl yaşadığın hər şeyi açım-töküm burada? Sən Nigar Faiqlə ailə qurmamışdan əvvəl kiminlə görüşürdün? Özün bilirsən”. G. Bəylərbəyovanın bu ittihamlarına cavab verən Nigar Faiqlə ailə qurmazdan əvvəl nişanlı olduğunu təsdiqləyib: “Bəli, mən Faiqdən əvvəl nişanlı olmuşam. Bunu da çoxu bilir. Ancaq mən Faiqi sevdiyimdən hamıdan və hər şeydən imtina etdim. Nişanımı qaytardıqdan sonra Faiqlə ailə qurmuşam. Bunu mən danmıram. Ancaq Faiqin ər vəzifəsini yerinə yetirmək qabiliyyətində olmadığını heç zaman açıqlamaq istəməmişəm. Mənə və ailəmə qarşı olan şantajlar məni buna məcbur etdi”.
N. Topçubaşovanın anası Dilbər Topçubaşova isə Faiq Ağayevin şantajlarından təngə gəldiklərini bildirib: “Mənim oğluma şantajlardan ibarət mesajlar göndərir. Nigarı və məni şantaj edir. Bütün bunların bir sonu olmalıdır”. Nigar Topçubaşova isə Faiq Ağayevin 2005-ci ildə onu evdən qovduğunu açıqlayıb: “Biz Faiqlə 2006-cı ildə boşanmışıq. Bu boşanma işləri də evdə aparılıb. Bu günə kimi bunu açıqlamamağımın səbəbi isə Faiqin xahişləri olub. O, dəfələrlə məndən bunu açıqlamamağı xahiş edib. Mən də ona hörmət əlaməti olaraq və qorxduğum üçün bunu gizlətmişəm. Bu gün deyilir ki, mən Faiqlə onun var-dövlətinə görə ailə qurmuşam. Halbuki mənim cehizim hələ də onun evindədir. Faiqin evindən mən bir köynəkdə, bir şalvarda çıxmışam. Nə onun mənə verdiyi qızılları, nə də özümə aid olan əşyaları götürmüşəm. Bu da bu söz-söhbətlərə cavabımdır. Kərimlə Təranənin ayrılması məsələsindən sonra Təranə ilə Faiq birləşib. Təranə onun əli ilə mənə zənglər edir. Bunu sübut da edə bilərəm”.
Dilbər Topçubaşova Faiq Ağayevin məhz xalq artisti fəxri adını aldıqdan sonra bu məsələni açıqlamasına münasibət bildirib: “Mən bunu çoxdan açıqlamaq istəyirdim. Ancaq Faiqin xahişləri mənə imkan vermirdi. Dəfələrlə məndən və hər birimizdən bunu açıqlamamağı xahiş edib. Mənə dedi ki, özü sentyabrda bunu açıqlayacaq. Ancaq o bu sözünün də üstündə durmadı. Çünki xalq artisti adını almağı gözləyirdi. O zaman bizə elçi gəlib müqəddəs Qurani-Kərimə əl basıb barəsində yayılmış porno-disklərin saxta olduğunu deyəndə bunu Brilliant Dadaşovanın ona qarşı törətdiyi təxribat adlandırdı. Elə indi də bütün günahları Brilliant xanımda görür”.
Qalmaqalla keçən mətbuat konfransı iki saata yaxın davam edib. Müğənni Kərimin mətbuat konfransının keçirildiyi zalda olması və sonradan Nigarla birgə oranı tək etməsi isə diqqətdən qaçmayıb.
Onu da deyək ki, mətbuat konfransında Faiq Ağayevin xalası qızı G. Bəylərbəyova ilə yanaşı, onun həyat yoldaşı, oğlu və müğənninin digər qohumları da iştirak ediblər.
Ədəbiyyat
Nazir müavini: XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - FOTO
Sevda Tahirli: Babam Mirzə Ələkbər Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var - MÜSAHİBƏ
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Xəbər Lenti
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
NYT: ABŞ senatorları Trampın irəli sürdüyü namizədlərin təsdiqini əngəlləyə bilərlər
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İlon Mask Ukrayna elitasını Qərb yardımları hesabına varlanmaqda ittiham edib
BVF: Ukraynanın 2027-ci il büdcəsi üçün əlavə 30–35 milyard dollar tələb olunur
Niderlandda güclü fırtına səbəbindən 40-dan çox aviareys ləğv edilib