Bank Of Baku

Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunan tədbir keçirilib

Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunan tədbir keçirilib
# 03 oktyabr 2008 16:48 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə ədibin nəvəsi, professor Nərgiz Paşayeva, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, görkəmli, elm və ədəbiyyat xadimləri iştirak edib. Tədbirdə bəstəkar Fikrət Əmirovun “Mir Cəlalı yad edərkən” əsəri ilk dəfə ifa olunub. Daha sonra Mir Cəlal Paşayevin həyatını əks etdirən fotosessiya nümayiş olunub. Aktyorların ifasında ədəbiyyat xadimlərinin ədibin xatirəsinə həsr etdiyi şerlər, fikirlər səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR