Bank Of Baku

Akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunan ədəbiyyat sərgisi təşkil edilib

Akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunan ədəbiyyat sərgisi təşkil edilib
# 10 oktyabr 2008 14:03 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının sərgi zalında akademik Azad Mirzəcanzadənin anadan olmasının 80 illiyinə həsr edilən “Azad Mirzəcanzadə - 80” mövzusunda ədəbiyyat sərgisi təşkil olunub. AMEA-dan APA-ya verilən məlumata görə, sərgidə 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan tanınmış alimin həyat və yaradıcılığı əks olunub. Sərgidə A. Mirzəcanzadənin müxtəlif dillərdə məqalələri, neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqinə, neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemlərinə həsr olunmuş kitabları nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR